“Azpetrol
Digər xəbərlər

“Azpetrol" şirkəti “İlin yanacaqdoldurma məntəqələri şəbəkəsi" seçilib

"Caspian Energy Club" 21 dekabr tarixində "Caspian Business Award 2022" - VII Beynəlxalq Mükafatının təqdimetmə mərasimini təşkil edib.

"Caspian Business Award 2022" - Beynəlxalq Mükafatının nominantları "Caspian Energy Club"a daxil olan şirkətlərin rəhbərləri arasında keçirilən sorğu nəticəsində müəyyənləşdirilib. Sorğunun nəticələrinə görə, "İlin yanacaqdoldurma məntəqələri şəbəkəsi" nominasiyasının qalibi - "Azpetrol" şirkəti seçilib.

Təqdimetmə mərasimində dövlət qurumlarının, "Caspian Energy Club"a üzv şirkətlərinin rəhbərləri və nümayəndələri iştirak ediblər.

Azpetrol - Daim inkişafa doğru!

Əlaqə: 957