İdman

"Bayern Münxen" Ralf Ranqnik transferinə yaxındır

"Bayern Münxen" yeni baş məşqçi axtarışındadır. Mənbələrə əsasən, klub Avstriya yığmasının baş məşqçisi Ralf Ranqnik ilə son detalları müzakirə edir.

"Respublika" xarici KİV-ə istinadla xəbər verir ki, bu barədə Fabrizio Romano məlumat yayıb.

65 yaşlı Ranqnik, keçən həftə Bundesliqa klubu tərəfindən işlə bağlı onunla əlaqə saxlandığını təsdiqləyib. Qeyd edək ki, "Bavariya" R.Ranqnik transferi ilə mövsüm sonunda ayrılacaq hazırkı baş məşqçisi Tomas Tuçeli əvəz etmək istəyir.