Digər xəbərlər

"Bitcoin"in dəyəri düşüb

“Bitcoin”in məzənnəsi 6,4 faiz ucuzlaşıb və ümumi dəyəri 60 min dollardan aşağı düşüb.

"Respublika" xəbər verir ki, bu barədə "Associated Press"-in məlumatlarından aydın olub.

Belə ki, “bitcoin” 59 100 dollar olub. Bu isə fevralın sonundan bəri ən aşağı qiymətdir.

Kəskin ucuzlaşma “Binance”ın qurucusunun dördaylıq həbs cəzası alması ilə bağlı məlumatlar fonunda baş verib.

Qeyd edək ki, ötən ilin noyabr ayında Çanpen Çjao birjanın çirkli pulların yuyulmasına qarşı proqramını həyata keçirməməkdə təqsirini boynuna alaraq şirkətdən istefa verib.

Tacir SADIQOV,

"Respublika".