Enerji təhlükəsizliyini təmin edən layihə
Siyasət

Enerji təhlükəsizliyini təmin edən layihə

29 may 2018-ci ildə Səngəçal terminalında Cənub Qaz Dəhlizinin rəsmi açılışı olub

"Bu gün ölkəmizin tarixində çox əlamətdar bir gündür, tarixi bir gündür. Bu gün Cənub Qaz Dəhlizinin rəsmi açılışı günüdür. Bu gün münasibətilə sizi bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm". Bu sözləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2018-ci il mayın 29-da Səngəçal terminalında Cənub Qaz Dəhlizinin rəsmi açılış mərasimində demişdir. Həmin gün daha bir əlamətdar hadisə olan XXV yubiley Beynəlxalq Neft Qaz sərgisinin açılışı olub, mərasim sərginin keçirildiyi Bakı Ekspo Mərkəzindən canlı yayımlanıb.

Bu tarixi gündən 4 il əvvəl təməli qoyulan Cənub Qaz Dəhlizinin rəsmi açılışı onu göstərir ki, Azərbaycan  qarşıya qoyduğu bütün hədəflərə inamla irəliləyir bu gün ölkəmizin həyatında neft-qaz sənayesinin inkişafında yeni dövr başlayır. Dünyanın ən böyük layihələrindən olan Cənub Qaz Dəhlizinin uğurla başa çatmasında ən önəmli məqam Azərbaycanın dünya ölkələri tərəfindən  sabit, etibarlı tərəfdaş, mehriban qonşuluq əlaqələri olan bir dövlət kimi tanınmasıdır. Bir zamanlar dünyada neft ölkəsi kimi tanınan "Odlar yurdu" hazırda qaz ixrac edən ölkələr sırasında yer alır. Enerji təhlükəsizliyi məsələsinin aktual olduğu bir dövrdə Azərbaycanın təbii sərvətlərinə olan ehtiyac günbəgün artmaqdadırQeyd etmək lazımdır ki, dünyada bir çox ölkələr neft-qaz ehtiyatları ilə zəngindir. Lakin buna baxmayaraq, həmin ölkələrin daxilində xaos anarxiyanın hökm sürməsi, xarici şirkətlərin kredit təşkilatların həmin ərazilərə investisiya qoyuluşundan mərhum edir. Necə ki, 90- illərdə müstəqilliyini yenicə bərpa etmiş Azərbaycanda özbaşınalıq vətəndaş müharibəsi tüğyan edirdi. Həmin illərdə heç bir xarici dövlət Azərbaycanın təbii ehtiyatlarından istifadə etməyə maraqlı deyildi. Bu da təbii hal idi. Çünki milyardlarla dollar vəsait tələb edən dünya miqyaslı layihələr həyata keçirən investorlar həmin dövlətdən təhlükəsizlik qarantı tələb edirdilər. Yalnız 1993- ildə xalqın xahişi ilə hakimiyyətə qayıdan ümummilli lider Heydər Əliyev Azərbaycanın gələcəyini təmin etdi. Məhz onun təşəbbüsü ilə neft-qaz strategiyasının əsası qoyuldu. Xarici dövlətlərdə ölkəmizə qarşı inam yarandı. Bu gün dünyanın diqqət mərkəzində olan, enerji nəqliyyat xəritələrinin kəsişməsində yerləşən Vətənimiz bir zamanlar dünyanın bir küncündə olan bir ərazi kimi tanınırdı. Uzun illər müstəmləkə siyasətinin qurbanına çevrilmiş Azərbaycanın təbii sərvətləri xalq üçün əlçatmaza çevrilmişdi. Müstəqillik əldə olunduqdan sonra neft-qaz siyasətinin uğurla aparılması nəticəsində  əldə olunan gəlirlər dövlətin güclənməsində, vətəndaşların sosial-rifahının yaxşılaşmasında birbaşa olaraq əsas rol oynayır. Əgər bu gün bizim düşmən üzərində qələbə qazanan güclü ordumuz yenidən dirçələn Qarabağımız varsa, bunda da Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin, Bakı-Supsa, Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin, Cənub Qaz Dəhlizinin böyük əhəmiyyəti var.  

Azərbaycanın dünyada qaz ölkəsi kimi tanınmasında 1996- ildə "Əsrin kontraktı"ndan sonra Xəzər Neft-Qaz Sərgisinin keçirildiyi gündə ikinci böyük müqavilə olan "Şahdəniz" qaz yatağı üzrə imzalanan müqavilə böyük rola malikdir. Dövlət başçısı bu tarixi hadisəni belə qiymətləndirmişdi: "…Bu tarixi gündə Cənub Qaz Dəhlizinin açılışını qeyd edərkən biz görürük ki, bu, qədər vaxtında atılmış müdrik addımdır. "Şahdəniz" qaz yatağı Cənub Qaz Dəhlizinin əsas resurs bazasıdır".

2007-ci ildən istifadəyə verilən Bakı-Tbilisi-Ərzurum qaz kəməri "Şahdəniz" yatağının işlənməsini mümkün etmişdiİlk dəfə ölkəmiz bu qaz kəməri vasitəsilə qonşu ölkələrə Türkiyə Gürcüstana qaz ixrac etmiş oldu. Bundan sonra Azərbaycan qazını dünya bazarlarına geniş həcmdə ixrac etmək üçün dövlət başçısının təşəbbüsü ilə Cənub Qaz Dəhlizi layihəsinə başlanıldı. Cənub Qaz Dəhlizinin məqsədi "Şahdəniz" qaz-kondensat yatağının istismarının ikinci mərhələsinin işlənməsi əldə olunan  təbii qazın həcmini artıraraq Cənubi Qafqaz Boru Kəməri, TANAP TAP vasitəsilə ilkin olaraq Gürcüstandan keçməklə Türkiyəyə Cənubi Avropaya ixracını təmin etməkdir. Cənub Qaz Dəhlizinin əsas seqmentləri "Şahdəniz" qaz-kondensat yatağının tammiqyaslı işlənilməsiCənubi Qafqaz Boru Kəmərinin (SCP) genişləndirilməsi, Trans-Anadolu Boru Kəməri (TANAP) Trans-Adriatik Boru Kəməri (TAP) layihəsindən ibarətdir.

2011-ci ildə Azərbaycan Xəzərdən Avropaya birbaşa qaz nəql edən marşrutların yaradılmasını dəstəkləyən Birgə Bəyanat imzaladıqdan sonra TANAP TAP-la bağlı Hökumətlərarası Sazişlərlə birlikdə uzunmüddətli qaz satış müqavilələri üçün zəmin yaratmış oldu. Ümumi dəyəri  40 milyard ABŞ dolları olan layihənin icrasında Azərbaycan, Gürcüstan, Türkiyə, Bolqarıstan, Yunanıstan, Albaniya, İtaliya daxil olmaqla 7 ölkə iştirak etmişdir.

Azərbaycanın dünyanın nadir layihələrinin təşəbbüskarı olması ölkəmizin iqtisadiyyatının dirçəlməsinə, müstəqil siyasət yürütməsinə böyük təsiri vardır. İqtisadi inkişafın nəticəsi olaraq son 20 ildə ölkəmizin Ümumi Daxili Məhsulu üç dəfə artmış, valyuta ehtiyatlarımız artaraq xarici borcumuzu 10 dəfə üstələyib 65 milyard dollar olmuşdur.

Musa BAĞIRLI,

"Respublika".