“Hraparak”: Ümid edirik ki, ermənilər və azərbaycanlılar bir gün dost kimi birlikdə yaşayacaqlar 
Siyasət

“Hraparak”: Ümid edirik ki, ermənilər və azərbaycanlılar bir gün dost kimi birlikdə yaşayacaqlar 

"Biz Azərbaycanda Papa Fransiskin, eləcə də dünyanın bir çox digər yüksək səviyyəli şəxslərinin Ermənistan və Azərbaycan arasında sülh və münasibətlərin normallaşması məsələsinə göstərdikləri diqqəti yüksək dəyərləndiririk. Azərbaycan öz mədəni və dini müxtəlifliyi ilə fəxr edən dünyəvi ölkədir, burada müsəlmanlar, xristianlar, yəhudilər və digər konfessiyaların nümayəndələri əsrlər boyu harmoniya, əmin-amanlıq və dostluq şəraitində birgə yaşayıb”. Bu sözləri Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi, səfir Elçin Əmirbəyov Vatikana işgüzar səfəri zamanı “Sir” İnformasiya Agentliyinə müsahibəsində deyib.

Bu barədə “Hraparak” nəşri məlumat yayıb.

Azərbaycan rəsmisi bildirib ki, biz doğrudan da inanırıq ki, ölkələrimiz arasında tezliklə bağlana biləcək sülh müqaviləsi nəinki dünyanın ən uzun və faciəli etnik münaqişələrindən birinə rəsmi olaraq son qoyacaq, həmçinin ermənilərlə azərbaycanlılar arasında etimadın yaranmasına xidmət edəcək, onların yaxşı qonşu və ola bilsin bir gün, hətta dost kimi yaşamasına yol açacaq.

Musa BAĞIRLI,

“Respublika”.