Pakistan Baş nazirinin iqlim dəyişmələri və ətraf mühitin əlaqələndirilməsi üzrə koordinatoru Romina Xurşid Alam və Azərbaycan Respublikasının ölkədəki səfiri Xəzər Fərhadov bu ilin noyabrında keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasını (COP29) müzakirə ediblər.
“Islamabad Post” bildirir ki, tərəflər COP-dan əvvəl və sonrakı dövr üçün sıx əməkdaşlığı davam etdirəcəklərini bildiriblər.
Görüş zamanı Pakistan Azərbaycana COP29 ilə bağlı texniki təcrübəsini təklif edib. Səfir Pakistanın təklifinə görə təşəkkür edib, rəsmi Bakı-İslamabad əlaqələrini yüksək qiymətləndirdiyini bildirib.
Görüşdə biznes, ticarət və davamlı inkişafın gücləndirilməsi üçün əməkdaşlıq səylərinin davam etdiriləcəyi ifadə olunub.
Tacir SADIQOV,
“Respublika”.