“UNDP”: BMT-nin İnkişaf Proqramının Azərbaycandakı nümayəndəliyi Özbəkistan nümayəndə heyətini qəbul edib
Siyasət

“UNDP”: BMT-nin İnkişaf Proqramının Azərbaycandakı nümayəndəliyi Özbəkistan nümayəndə heyətini qəbul edib

Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının Azərbaycandakı Nümayəndəliyində Özbəkistan Respublikasının İqlim Dəyişmələri Uyğunlaşma üzrə nümayəndə heyəti qəbul edilib. Bu barədə təşkilatın rəsmi səhifəsində məlumat yayılıb. Səfər iqlimə uyğunlaşma strategiyaları üzrə regional əməkdaşlıqda mühüm mərhələ hesab olunur. Bundan başqa, iki ölkə arasında fikir mübadiləsinin və əməkdaşlığın artırılması məqsədilə aidiyyəti dövlət qurumları ilə bir sıra görüşlər keçirilib. BMT-nin İnkişaf Proqramının Azərbaycandakı rezident nümayəndəsinin səlahiyyətlərini icra edən Alessandra Rokkasalvo Azərbaycanda iqlim dəyişmələri ilə bağlı ortaq problemlərin həllində iki ölkə arasında əməkdaşlığın genişləndirilməsi perspektivləri barədə nikbin olduğunu bildirib.

Nümayəndə heyəti Suraxanı Neft Əməliyyat Şirkətinin yatağına da baş çəkib. Səfər zamanı onlar şirkətin ətraf mühitin mühafizəsi və iqlimə uyğunlaşma ilə bağlı innovativ yanaşmalarını müşahidə ediblər.

Töhfə SƏMƏDOVA,

“Respublika”.