Son sutkada Azərbaycanda COVID-19 infeksiyasına 12 yoluxma faktı qeydə alınıb
Səhiyyə

Son sutkada Azərbaycanda COVID-19 infeksiyasına 12 yoluxma faktı qeydə alınıb

Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına son sutkada 12 yoluxma faktı qeydə alınıb, 9 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a verilən məlumata görə, indiyədək ölkədə ümumilikdə 792 min 707 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 782 min 945 nəfər müalicə olunaraq sağalıb, 9 min 710 nəfər vəfat edib. Aktiv xəstə sayı 52 nəfərdir.

Son sutkada yeni yoluxma halları

nın müəyyənləşdirilməsi ilə əlaqədar 2 min 228, indiyə qədər isə ümumilikdə 6 milyon 867 min 409 test icra olunub.

AZƏRTAC