Mənəvi borcumuz
Sosial həyat

Mənəvi borcumuz

Rəhman İsmayılov Vətən müharibəsində Cəbrayıl və Qubadlı uğrunda ağır  döyüşlərdə oktyabrın 19-da şəhidlik zirvəsinə yüksəlib.  İndi uyuduğu müqəddəs torpaq  doğulub boya-başa çatdığı Ağstafanın Muğanlı kəndindədir.

Azərbaycan  Prezidentinin müvafiq Sərəncamlarına əsasən Rəhman Mehdi oğlu İsmayılov ölümündən  sonra   “Vətən uğrunda”, Cəbrayılın, Qubadlının  azad olunmasına  görə,  “Hərbi xidmətlərə  görə” medallarına layiq görülüb.

Şəhidin həyat yoldaşı və qızı Astaranın  Ərçivan qəsəbəsində yaşayır. Astara Tarix-Diyarşünaslıq Muzeyində  şəhid Rəhman İsmayılovun ailəsi ilə görüş keçirilib.

Şəhidin həyat yoldaşı Aysel Əliyevanın qızı Aylinin Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin tələbələrinin və mədəniyyət nümayəndələrinin iştirak etdiyi görüşdə qəhrəmanın həyat və döyüş yolundan, 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusunun qələbəsindən danışılıb.

Şəhidin həyat yoldaşı isə  Rəhman İsmayılovla bağlı xatirələrini bölüşüb. Yekunda şəhidin qızına hədiyyə təqdim olunub.

Zəfər ORUCOĞLU,

Azərbaycan Jurnalistlər Birliyinin  üzvü.