Bu həftə azad edilmiş ərazilərdə 51 mina zərərsizləşdirilib
Gündəm

Bu həftə azad edilmiş ərazilərdə 51 mina zərərsizləşdirilib

İşğaldan azad edilmiş ərazilərdə həyata keçirilən humanitar minatəmizləmə əməliyyatları ilə bağlı həftəlik məlumat açıqlanıb.

"Respublika" xəbər verir ki, bu barədə  Azərbaycan Minatəmizləmə Agentliyindən (ANAMA) bildirilib. Azad olunan ərazilərdə 15-21 aprel 2024-cü il tarixi ərzində 39 tank əleyhinə mina, 12 piyada əleyhinə mina, 452 partlamamış hərbi sursat (PHS) aşkarlanıb və zərərsizləşdirilib. Həmçinin, 1429.1 hektar ərazi minalardan təmizlənib.