Qvatemala ilə Meksika sərhədində 6,7 maqnitudalı zəlzələ olub
Dünya xəbərləri

Qvatemala ilə Meksika sərhədində 6,7 maqnitudalı zəlzələ olub

Sakit okeanın sahilində - Qvatemala ilə Meksika sərhədində 6,7 maqnitudalı zəlzələ olub.

"Respublika" Milli Seysmologiya, Vulkanologiya, Meteorologiya və Hidrologiya İnstitutunun (INSIVUMEN) məlumatına istinadla xəbər verir ki, yeraltı təkanlar Qvatemalanın bir neçə şəhərində infrastruktur obyektlərinə zərər verib, avtomobil yolları və binaların uçması qeydə alınıb. İnsan tələfatı barədə məlumat yoxdur.

Zəlzələnin episentri San-Markosun təxminən 90 kilometrliyində 25 kilometr dərinlikdə olub. Yeraltı təkanlar yerli vaxtla saat 05:39-da baş verib.