Apreldə 3,4 min nəfərdən çox şəxsə proaktiv pensiya təyinatı aparılıb
Sosial həyat

Apreldə 3,4 min nəfərdən çox şəxsə proaktiv pensiya təyinatı aparılıb

Bu ilin aprel ayında 3,4 min nəfərdən çox şəxsə proaktiv qaydada yaşa, əlilliyə və ailə başçısını itirməyə görə pensiya təyinatı aparılıb.

Bu barədə "Respublika" ya Dövlət Sosial Müdafiə Fondunun mətbuat xidmətindən məlumat verilib.

Onu da qeyd edək ki, pensiya təyinatı aparılanların 57,3 faizini kişilər, 42,7 faizini isə qadınlar təşkil edib.