Azərbaycan para-atletləri dünya çempionatında mübarizə aparacaqlar
İdman

Azərbaycan para-atletləri dünya çempionatında mübarizə aparacaqlar

Para-atletika üzrə Azərbaycan millisi Yaponiyanın Kobe şəhərində keçiriləcək dünya çempionatında iştirak edəcək.

Milli Paralimpiya Komitəsindən "Respublika"ya bildiriblər ki, turnirdə Orxan Aslanov, Səid Nəcəfzadə (hər ikisi uzunluğa tullanma), Samir Nəbiyev, Rüfət Rəfiyev (hər ikisi nüvə itələmə) və Lamiyə Vəliyeva (qaçış) çıxış edəcəklər.

Yığma yarışa baş məşqçi Oleq Panyutinin rəhbərliyi ilə yollanıb.

Qeyd edək ki, dünya çempionatı mayın 17-25-də təşkil ediləcək.