“Liverpul”u mövsümün sonunda tərk edəcək ilk futbolçu məlum olub
İdman

“Liverpul”u mövsümün sonunda tərk edəcək ilk futbolçu məlum olub

İngiltərənin “Liverpul” komandasını mövsümün sonunda tərk edəcək ilk futbolçunun adına aydınlıq gəlib.

"Respublika" klubun rəsmi saytına istinadən xəbər verir ki, Joel Matip Premyer Liqa başa çatdıqdan sonra azad agent kimi Mersisayd təmsilçisindən ayrılacaq.

33 yaşlı kamerunlu müdafiəçi zədə səbəbindən bu mövsüm cəmi 14 matçda meydanda olub.

Qeyd edək ki, Joel Matip 2016-cı ildən “Liverpul”da çıxış edir.