2027-ci ildə qadınlar arasında futbol üzrə dünya çempionatının keçiriləcəyi ölkə bəlli olub
İdman

2027-ci ildə qadınlar arasında futbol üzrə dünya çempionatının keçiriləcəyi ölkə bəlli olub

Beynəlxalq Futbol Federasiyaları Assosiasiyası (FIFA) konqresi Banqkokda mayın 16-da Braziliyanın 2027-ci ildə qadınlar arasında futbol üzrə dünya çempionatına ev sahibliyi etmək barədə müraciətini səsverməyə çıxarıb.

"Respublika" xəbər verir ki, konqresdə keçirilən səsvermənin yekunlarına görə Braziliya Belçikanın, Niderlandın və Almaniyanın birgə müraciətini üstələyib.

ABŞ, Almaniya və Fransanın ardınca Braziliya futbol üzrə həm kişilər, həm də qadınlar arasında dünya çempionatlarının keçiriləcəyi dördüncü ölkə olacaq.

FIFA-nın qadınlar arasında futbol üzrə çempionatın keçirilməsi üçün Braziliyanı seçməsinin səbəbi stadionlar və yaşayış binalarının olduğu infrastruktur, marketinq, davamlılıq, insan hüquqları və hüquqi məsələlər kimi amillərlə bağlıdır.