Azərbaycanda irriqasiya sistemlərinin quraşdırılması üçün ayrılan subsidiyaların məbləği açıqlanıb
İqtisadiyyat

Azərbaycanda irriqasiya sistemlərinin quraşdırılması üçün ayrılan subsidiyaların məbləği açıqlanıb

Kənd Təsərrüfatı Nazirliyi son 5 ildə fermerlərə irriqasiya sistemlərinin quraşdırılması üçün 93,3 milyon manat subsidiya ayırıb.

"Respublika" xəbəri verir ki, bunu nazirliyin Aparat rəhbəri Azad Cəfərli "Ambisiyaların artılması və fəaliyyətə təkan: COP29 Dayanıqlı Biznes Forumu"nda deyib.

Onun sözlərinə görə, bu vəsait 38,2 min hektar ərazi üçün ayrılıb.

A. Cəfərli qeyd edib ki, Azərbaycanda 119 500 hektar ərazidə müasir suvarma sistemləri quraşdırılıb: "Ölkədə müasir suvarma sistemlərinin istifadəsi təşviq edilir".