Kaliforniya ABŞ-da işsizlik nisbətində liderliyini davam etdirir
Dünya xəbərləri

Kaliforniya ABŞ-da işsizlik nisbətində liderliyini davam etdirir

Kaliforniya ştatı bu ilin əvvəlindən bəri işsizlik nisbətində ABŞ-da liderliyini davam etdirir.

"Respublika" xəbər verir ki, bu barədə Kaliforniyanın məşğulluğun inkişafı departamentinin hesabatında deyilir. Təxminən 40 milyon əhalisi olan ştatda işsizlik səviyyəsi aprel ayında ardıcıl üçüncü aydır ölkədəki ən yüksək səviyyəni qoruyaraq 5,3 faizlə dəyişməz qalıb.

Departamentin hesabatına görə, işsiz vətəndaşların sayı aprel ayında əvvəlki ayla müqayisədə 5900 nəfər azalaraq 1 milyon 27 minə enib. Son beş ayda ikinci dəfədir ki, işsizlərin ümumi sayı azalma baş verib.

Kaliforniyanın 11 sənaye sektorundan beşi aprel ayında yeni iş yerləri əldə edib. Xüsusilə özəl təhsil və səhiyyə xidmətlərində ardıcıl dördüncü aydır ki, irəliləyiş müşahidə olunub.