Şimal qütbündə əriyən buzlaqların dondurulması planlaşdırılır
Ekologiya

Şimal qütbündə əriyən buzlaqların dondurulması planlaşdırılır

Elm adamları Arktikada qlobal istiləşmədən əriyən buzlaqları yenidən dondurmağa çalışırlar.

"Respublika" "Milliyet"ə istinadla xəbər verir ki, "Wall Street Journal" nəşri akademiklərin Arktikada temperauru dondurmaq üçün müəyyən vasitələrdən istifadə edəcəklərini yazıb. Belə ki, Hollandiyanın “Arctic Reflections” startapı dəniz suyunu nasosla buzlaqlara vuraraq istidən qoruyucu qat yaratmaq istəyir. Digər bir layihə isə qarın üzərinə sərt şüaları qırmaq üçün əks etdirən şüşə muncuqların səpilməsini nəzərdə tutur. İqlimşünaslar bildirirlər ki, ehtiyat tədbirləri görülməsə, 20240-cı ilə qədər Arktikada "buzsuz yay" müşahidə olunacaq.

Arzu BAXŞIYEVA,

"Respublika".