Hərbi qulluqçular arasında beşnövçülük üzrə yarışlar keçirilib
Digər xəbərlər

Hərbi qulluqçular arasında beşnövçülük üzrə yarışlar keçirilib

Bu ilin hazırlıq planına əsasən, Azərbaycan Ordusunda hərbi qulluqçular arasında hərbi beşnövçülük üzrə yarışlar keçirilib.

"Respublika" xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin, o cümlədən Vətənimizin müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla anılıb. Hərbi orkestrin müşayiəti ilə Azərbaycan Respublikasının Dövlət Himni ifa olunub.

Yarışlarda, ümumilikdə, 8 komanda olmaqla, 47 hərbi qulluqçu maneələr zolağının dəf edilməsi, avtomatdan atış, qumbaraatma, 8 kilometr məsafəyə kros və üzgüçülük növləri üzrə yarışlarda güclərini sınayıblar.

Fərdi və komanda birinciliyi uğrunda aparılan yarışlarda əsas məqsəd hərbi qulluqçuların fiziki və psixoloji dözümlülüyünün yoxlanılması, eləcə də güclü komandaların tərkibinin müəyyənləşdirilməsidir.

Yekun nəticələrə əsasən qaliblər mükafatlandırılıb.