Avropa çempionatı: Azərbaycan basketbol yığması Ermənistanı məğlub edib
İdman

Avropa çempionatı: Azərbaycan basketbol yığması Ermənistanı məğlub edib

Azərbaycanın 16 yaşadək qızlardan ibarət basketbol yığması Avropa çempionatında ilk oyununu keçirib.

"Respublika" xəbər verir ki, C divizionunun A qrupunda mübarizə aparan qızlar Ermənistanla üz-üzə gəliblər. Cəbəllütariqdə oynanılan görüş komandamızın 86:59 hesablı qələbəsi ilə yekunlaşıb.

Evren Alkayanın rəhbərlik etdiyi kollektiv növbəti oyununu iyulun 10-da Gürcüstan seçməsinə qarşı keçirəcək.

Oğlanlardan ibarət komanda isə bu gün A qrupunda yarışa ev sahibliyi edən Albaniya seçməsi ilə qarşılaşacaq. Matçın start fiti Bakı vaxtı ilə saat 21:30-da səslənəcək.