“Abşeron” qaz-kondensat yatağından bir ildə 1,5 milyard kubmetrdən çox qaz hasil edilib
İqtisadiyyat

“Abşeron” qaz-kondensat yatağından bir ildə 1,5 milyard kubmetrdən çox qaz hasil edilib

Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Abşeron” qaz-kondensat yatağından İlkin Hasilat Sxemi (İHS) mərhələsi üzrə bir il ərzində 1,5 milyard kubmetrdən çox qaz və təxminən 580 min ton kondensat hasil edilib.

"Respublika" xəbər verir ki, bunu energetika naziri Pərviz Şahbazov “X” sosial şəbəkəsindəki hesabında paylaşıb..

Nazir bildirib ki, “Abşeron”un mərhələli inkişafı, illik hasilatın 1,5 milyard kubmetrdən 6 milyard kubmetrədək çatdırılması ilə bağlı planlar ölkəmizin, eləcə də regional və avropalı tərəfdaşların enerji təhlükəsizliyinə mühüm töhfədir.