Avro-2024: Bu gün ikinci finalçı məlum olacaq
İdman

Avro-2024: Bu gün ikinci finalçı məlum olacaq

Almaniyanın ev sahibliyi etdiyi Avropa çempionatında bu gün yarımfinal mərhələsinə yekun vurulacaq.

"Respublika" xəbər verir ki, finala sonuncu vəsiqə uğrunda Niderland və İngiltərə yığmaları üz-üzə gələcəklər. Dortmund şəhərində yerləşən "Siqnal İduna Park" stadionunda oynanılacaq görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Qarşılaşmanı almaniyalı Feliks Şvayer idarə edəcək.