Portuqaliyada keçiriləcək turnirdə Azərbaycanı təmsil edəcək gimnastlar müəyyənləşib
İdman

Portuqaliyada keçiriləcək turnirdə Azərbaycanı təmsil edəcək gimnastlar müəyyənləşib

Azərbaycanı Portuqaliyanın Santarem şəhərində keçiriləcək batut gimnastikası, ikili mini-batut və tamblinq üzrə “Scalabis Cup” adlı beynəlxalq yarışda təmsil edəcək idmançılar məlum olub.

Azərbaycan Gimnastika Federasiyasından “Respublika”ya verilən məlumata görə, yarışda tamblinq növündə 4 gimnast iştirak edəcək. Bunlar Tofiq Əliyev, Bilal Qurbanov, Adil Hacızadə və Aleksey Karataşovdur.

Yarışda azərbaycanlı hakim Rahib Əliyev də ədalət təmsilçisi olacaq.