Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 19.14-cü, 22.3.1-ci, 28.2-ci, 28.4-cü və 30-cu maddələrinə uyğun olaraq qərara alır:
1. Mehriban Əli qızı Paşayeva 7 saylı Səbail, Nurlan Əlizaman oğlu Güləliyev 37 saylı Qaradağ seçki dairəsi dairə seçki komissiyasının həlledici səs hüquqlu üzvü vəzifəsindən vaxtından əvvəl azad edilsinlər.
2. Gülnarə Tapdıq qızı Nurəddinova 37 saylı Qaradağ seçki dairəsi dairə seçki komissiyasının həlledici səs hüquqlu üzvü təyin edilsin.
Sədr Məzahir Pənahov
Katib Arifə Muxtarova
Katib Mikayıl Rəhimov