Azərbaycanın FIFA referisi Əliyar Ağayev UEFA-nın seminarında iştirak edəcək.
"Respublika" AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, İsveçrənin Cenevrə şəhərində keçiriləcək seminar Elit kateqoriyalı və 1-ci dərəcəli hakimlər üçün təşkil olunacaq.
Sentyabrın 2-də start götürəcək seminar 4-dək davam edəcək.