Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Palatasının növbəti iclası keçirilib.
Konstitusiya Məhkəməsinin mətbuat xidmətindən bildiriblər ki, iclasda Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin IV hissəsinə və "Konstitusiya Məhkəməsi haqqında" Qanunun 7.1-ci maddəsinə əsasən, "Təhsil haqqında" Azərbaycan Respublikası Qanununun 36-2.3-cü maddəsinin Əmək Məcəlləsinin 79-cu maddəsinə uyğunluğunun yoxlanılmasına dair insan hüquqları üzrə müvəkkilin (ombudsmanın) sorğusuna baxılaraq, Plenumun icraatına qəbul olunması haqqında qərardad qəbul edilib.
Sorğuya mahiyyəti üzrə, tərəflərin iştirakı ilə Konstitusiya Məhkəməsi Plenumunun sentyabrın 24-nə təyin edilmiş iclasında baxılacaq.
“Respublika”.