Hazırda elmin inkişafı üzrə dövlət proqramı üzərində işlənilir.
"Respublika" xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev sentyabrın 9-da Bakıda keçirilən xaricdə yaşayan azərbaycanlı alimlərin forumunda çıxışı zamanı deyib.
Nazir bildirib ki, son iki ildə elmin təhsillə inteqrasiyasından sonra bu sahənin inkişafında xeyri addımlar atılıb və nəticələr görülür: "Universitetlərin reytinqlər sırasında irəliləməsinin böyük hissəsi də məhz bundan sonra olub".