Xaricdə yaşayan azərbaycanlılar üçün ümumi dərslik çap olunacaq
Elm və təhsil

Xaricdə yaşayan azərbaycanlılar üçün ümumi dərslik çap olunacaq

Gələn həftə xaricdə yaşayan azərbaycanlı soydaşlarımız üçün yeni konseptli dərslik çap etdirəcəyik.

"Respublika" xəbər verir ki, bunu sentyabrın 9-da Bakıda keçirilən Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin Forumunda Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov söyləyib.

Komitə sədri bildirib ki, yeni çap ediləcək dərslik Azərbaycan dilini mükəmməl şəkildə öyrənmək istəyən soydaşlarımız üçün etibarlı və əlçatan mənbə olacaq.