Azərbaycanın sumo güləşçiləri dünya çempionatında üç medal qazanıblar
İdman

Azərbaycanın sumo güləşçiləri dünya çempionatında üç medal qazanıblar

Azərbaycanın sumo güləşçiləri Polşanın Krotoşin şəhərində keçirilən dünya çempionatında üç medal əldə ediblər.

"Respublika" xəbər verir ki, yığmanın hər üç üzvü bürünc mükafata sahib çıxıb.

80 kq-da Cavidan Nəhmətov, 85 kq-da Şərif Abdullah və 100 kq-da Çingiz Səmədov fəxri kürsüdə yer alıb.