2024-cü il üçün Azərbaycan Respublikasının texnika və mədəniyyət sahələrində Dövlət Mükafatlarının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Sərəncam

2024-cü il üçün Azərbaycan Respublikasının texnika və mədəniyyət sahələrində Dövlət Mükafatlarının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikasının Elm, texnika, memarlıq, mədəniyyət və ədəbiyyat üzrə Dövlət Mükafatları Komissiyasının təklifinə əsasən qərara alıram:

2024-cü il üçün texnika və mədəniyyət sahələrində Azərbaycan Respublikasının Dövlət Mükafatları aşağıdakı şəxslərə verilsin:

Texnika sahəsi üzrə

Vaqif Məcid oğlu Fərzəliyev               –   “Xüsusi təyinatlı sürtkü yağlarının

Həqiqət Əliəşrəf qızı Cavadova             yaradılması və istehsalının təşkili”

Əfsun Rəzzaq oğlu Sucayev                  kompleks elmi-texniki işinə görə

 Mədəniyyət sahəsi üzrə

Mehriban Zaur qızı Ələkbərzadə      –   Teatr rejissorluğu sahəsində fəaliyyətinə görə.

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti.

Bakı şəhəri, 27 may 2024-cü il.