AÇ-2024: Kim necə oynayıb?
İdman

AÇ-2024: Kim necə oynayıb?

Avro-2024 Xəbərlər

Almaniyanın ev sahibliyi etdiyi Avropa çempionatında 24 komanda mübarizə aparır. İyunun 14-dən bu günə qədər keçirilən oyunların nəticələrini təqdim edirik:

14 iyun

A qrupu: Münhen. Almaniya - Şotlandiya 5:1

15 iyun

A qrupu: Köln. Macarıstan - İsveçrə 1:3

B qrupu: Berlin. İspaniya - Xorvatiya 3:0

B qrupu: Dortmund. İtaliya - Albaniya 2:1

16 iyun

D qrupu: Hamburq. Polşa - Niderland 1:2

C qrupu: Ştutqart. Sloveniya - Danimarka 1:1

C qrupu: Helzenkirhen. Serbiya - İngiltərə 0:1

17 iyun

E qrupu: Münhen. Rumıniya - Ukrayna 3:0

E qrupu: Frankfurt. Belçika - Slovakiya 0:1

D qrupu: Düsseldorf. Avstriya - Fransa 0:1

18 iyun

F qrupu: Dortmund. Türkiyə - Gürcüstan 3:1

F qrupu: Leypsiq. Portuqaliya - Çexiya 2:1

19 iyun

B qrupu: Hamburq. Xorvatiya - Albaniya 2:2

A qrupu: Ştutqart. Almaniya - Macarıstan 2:0

A qrupu: Köln. Şotlandiya - İsveçrə 1:1

20 iyun

C qrupu: Münhen. Sloveniya - Serbiya 1:1

C qrupu: Frankfurt. Danimarka - İngiltərə 1:1

B qrupu: Helzenkirhen. İspaniya - İtaliya 1:0

21 iyun

E qrupu: Düsseldorf. Slovakiya - Ukrayna 1:2

D qrupu: Berlin. Polşa - Avstriya 1:3

D qrupu: Leypsiq. Niderland - Fransa 0:0

22 iyun

F qrupu: Ştutqart. 17:00. Gürcüstan - Çexiya 1:1

F qrupu: Dortmund. 20:00. Türkiyə - Portuqaliya 0:3

E qrupu: Köln. 23:00. Belçika - Rumıniya 2-0

Portuqaliya Türkiyə millisinə qalib gəldi Gürcüstan - Çexiya oyununda qolsuz bərabərlik

Dünən keçirilən qrup mərhələsinin 2-ci turunda Gürcüstan - Çexiya qarşılaşması 1:1 hesabı ilə başa çatıb. Oyunun ən yaxşı futbolçusu adına Gürcüstan millisinin qapıçısı Giorgi Mamardaşvili layiq görülüb. Onun matçda bir neçə seyv etdiyi vurğulanıb.

Gürcüstan millisinin baş məşqçisi Villi Sanyol oyunu şərh edərək deyib ki, rəqib ilk dəqiqədən başlayaraq son dəqiqəyə kimi təzyiq göstərdi. Bu, bizi o qədər də təəccübləndirmədi. Güclü rəqiblə qarşılaşdığımızı bilirdik. Onların şansları çoxdur. Amma xoşbəxtlikdən Gürcüstan millisinin əla qapıçısı var. Giorgi Mamardaşvili sadəcə fantastik oynadı.

F qrupunun II turunda Türkiyə millisi Portuqaliya ilə üz-üzə gələrək 0:3 məğlub olub.

Start heyətlər

Türkiyə: Altay Bayandır, Kaan Ayhan, Samet Akaydın, Abdulkərim Bardakcı, Fərdi Kadıoğlu, Yunus, Orkun Kökçü, Hakan Çalhanoğlu, Kərəm Aktürkoğlu, Barış Alpər Yılmaz, Zəki Çəlik

Portuqaliya: Dioqo Koşta, Kanselo, Pepe, Ruben Diaş, Nuno Mendeş, Bruno Fernandeş, Bernardo Silva, Palinya, Vitinya, Kriştano Ronaldo, Joao Feliks.

Xatırladaq ki, hər iki komanda qrup mərhələsinin birinci turunda qələbə qazanıb. Türkiyə millisi Gürcüstanı (3:1), Portuqaliya seçməsi isə Çexiyanı (2:1) məğlub edib.

Portuqaliya millisinin baş məşqçisi Roberto Martines oyunu şərh edərək deyib ki, bu gün yaxşı müdafiə olunduq. Çexiya ilə ilk görüş çətin keçmişdi. Bir çox futbolçumuz start heyətində oynamağa layiqdir. Yığmada hər oyunçunun mühüm rolu var.

Qeyd edək ki, Türkiyə ilk matçda Gürcüstana (3:1), Portuqaliya isə Çexiyaya (2:1) qalib gəlmişdi. Bununla da Portuqaliya yığması xallarının sayını altıya çatdıraraq 1/8 finala vəsiqəni təmin edib.

UEFA-nın mətbuat xidmətinin məlumatına görə, portuqaliyalı yarımmüdafəçi Bernardo Silva qarşılaşmanın ən yaxşı oyunçusu seçilib.

22 iyun

II tur

F qrupu

Gürcüstan - Çexiya 1:1

Qollar: Georgi Mikautadze, 45+4-pen. - Patrik Şik, 59.

Baş hakim: Daniel Zibert (Almaniya).

Hamburq. "Folksparkştadion".

Türkiyə - Portuqaliya 0:3

Qollar: Bernardu Silva, 21. Samet Akaydın, 28-öz qapısına. Bruno Fernandeş, 56.

Baş hakim: Feliks Şvayer (Almaniya).

Dortmund. "Siqnal İduna Park".

N          Komandalar    O         Q         H          M         T-F      X

1          Portuqaliya      2          2          0          0          5-1       6

2          Türkiyə                        2          1          0          0          3-4       3

3          Çexiya             2          0          1          1          2-3       1

4          Gürcüstan       2          0          1          1          2-4       1

Belçika - Rumıniya 2:0

Qollar: Yuri Tilemans, 2. Kevin De Brüyne, 80.

Baş hakim: Şimon Marçinyak (Polşa).

Köln. "Reyn Enerqi" stadionu.

Oyun vaxtı xəsarət

Çempionatın keçirildiyi Almaniyanın "Berlin Olimpiastadion"da bir azarkeş ağır xəsarət alıb. Hadisə qrup mərhələsinin 2-ci turunun Polşa - Avstriya matçının keçirildiyi vaxt baş verib.

Polşa millisinin azarkeşi hündürlükdən yıxılaraq huşunu itirib və müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

Azarkeş meydanda şəkil çəkdirdi

Türkiyə - Portuqaliya matçının 82-ci dəqiqəsində azyaşlı fanat ulduz hücumçu Kriştianu Ronalduya tərəf qaçaraq onunla şəkil çəkdirib. Uşağın meydandan çıxarılmasından sonra qarşılaşma davam etdirilib.

M.NƏRİMANOĞLU,

"Respublika".