AFFA İcraiyyə Komitəsinin növbəti iclasının vaxtı və gündəliyi açıqlanıb
İdman

AFFA İcraiyyə Komitəsinin növbəti iclasının vaxtı və gündəliyi açıqlanıb

AFFA-nın İcraiyyə Komitəsinin növbəti iclasının vaxtı və gündəliyi açıqlanıb.

"Respublika" milli assosiasiyanın rəsmi saytına istinadən xəbər verir ki, iyulun 12-də keçiriləcək yığıncaq saat 14:30-da başlayacaq.

İclasda Hakimlər Komitəsi, futzal və çimərlik futbolu üzrə milli komandaların baş məşqçisi vəzifələrinə təyinat, AFFA-nın təşkil etdiyi aşağı yaş qrupları üzrə liqalar, I və II liqada mövcud vəziyyət, klublara ayrılan vəsaitin meyarlar üzrə bölgüsü və digər məsələlər müzakirə olunacaq.