Aidos Sarım: Seçicilər səsvermə prosesində yüksək əhvali-ruhiyyə ilə iştirak edirdilər
Gündəm

Aidos Sarım: Seçicilər səsvermə prosesində yüksək əhvali-ruhiyyə ilə iştirak edirdilər

Fevralın 8-də Qazaxıstan Parlamentinin müşahidə missiyası Azərbaycanda növbədənkənar prezident seçkilərinin yekunları ilə bağlı mətbuat konfransı keçirib.

AZƏRTAC xəbər verir ki, nümayəndə heyətinin rəhbəri Aidos Sarım çıxışında başçılıq etdiyi müşahidə missiyasının Bakıda, Sumqayıtda və regionlarda səsvermənin gedişini izlədiyini deyib. Bildirib ki, seçki prosesində heç bir qanun pozuntusu olmadı. Seçicilər səsvermə prosesində yüksək əhvali-ruhiyyədə iştirak edirdilər və yüksək seçici fəallığı müşahidə etdik.

"Sevindirici haldır ki, seçkilər ilk dəfə olaraq Azərbaycanın bütün suveren ərazilərində keçirildi və insanlar səsvermə hüququndan bəhrələndilər", - deyə o vurğulayıb.