Albaniya və Azərbaycan arasında turizm əlaqələri müzakirə edilib
Digər xəbərlər

Albaniya və Azərbaycan arasında turizm əlaqələri müzakirə edilib

Turizm əlaqələrinin inkişaf etdirilməsi və əməkdaşlıq imkanları iyunun 10-da Dövlət Turizm Agentliyinin (DTA)sədri Fuad Nağıyevlə Albaniya Respublikasının ətraf mühit və turizm naziri xanım Mirela Kumbaro arasında görüşdə müzakirə edilib.

Qurumun mətbuat xidmətinin verdiyi məlumatda bildirilir ki, görüşdə hər iki ölkənin üzv olduğu beynəlxalq təşkilatlar, xüsusilə Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı (QDİƏT) və BMT-Turizm çərçivəsində əməkdaşlıq barədə fikir mübadiləsi aparılıb.

Görüş həmçinin turizm təhsili, xidmət sahəsi üzrə kadrların hazırlanması, assosiasiyalar və özəl sektorla tərəfdaşlıq imkanları da müzakirə edilib.

"Respublika".