Azərbaycan və İordaniya arasında müdafiə sahəsində əməkdaşlığa dair Saziş imzalanıb
Gündəm

Azərbaycan və İordaniya arasında müdafiə sahəsində əməkdaşlığa dair Saziş imzalanıb

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov İordaniya Haşimilər Krallığına rəsmi səfər edib.

"Respublika" xəbər verir ki, bu barədə  Müdafiə Nazirliyindən məlumat verilib.

Səfər çərçivəsində general-polkovnik Z.Həsənov İordaniya Silahlı Qüvvələrinin Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri general-mayor Yusif Əhməd Al-Hnaiti ilə görüşüb.

Əvvəlcə rəsmi qarşılanma mərasimi keçirilib. Fəxri qarovulun önündən keçdikdən sonra, protokola uyğun olaraq general-polkovnik Z.Həsənov ziyarətçilər kitabını imzalayıb.

Geniş tərkibdə keçirilən görüşdə hərbi, hərbi texniki sahədə əməkdaşlıq, eləcə də qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.

Görüşün sonunda müdafiə sahəsində əməkdaşlığa dair Saziş imzalanıb.