Azərbaycanlı həkim Hamburqda konqresdə çıxış edib
Səhiyyə

Azərbaycanlı həkim Hamburqda konqresdə çıxış edib

Respublika Klinik Xəstəxanasının uzman travmatoloq-ortopedi Ziya Şəmmədli Almaniyanın Hamburq şəhərində keçirilən Avropanın ən böyük ortopediya cəmiyyəti olan EFORT-un (The European Federation of National Associations of Orthopedics and Traumotology) konqresində travmatologiya və ortopediya sahəsində aktual olan “Tromboemboliya profilaktikası” mövzusunda məruzə ilə çıxış edib. 

"Məruzə mövzusu olan tromboemboliya profilaktikası zamanı istifadə edilən farmokoloji vasitələrin radioloji və histoloji qarşılaşdırılması, bu zaman kallus toxumasına necə təsir etməsi Marmara Üniversitetində aparılan eksperimental sınaq mövzusudur.
Aparılan sınaq bu mövzuda histoloji və radioloji olaraq qarşılaşdırılan ilk sınaqdır və dünya tibb ədəbiyyatına yenilik qatıb.

Belə ki, Respublika Klinik Xəstəxanasının uzman travmatoloq-ortopedi Ziya Şəmmədli Avropa Ortopediya Cəmiyyətinin Konqresində bu mövzuda təqdimat edən tək azərbaycanlı həkim olub.

"Respublika".