Bakıda Qoşulmama Hərəkatı Gənclər Təşkilatının İqlim Fəaliyyəti Forumunun bağlanış mərasimi keçirilib
Siyasət

Bakıda Qoşulmama Hərəkatı Gənclər Təşkilatının İqlim Fəaliyyəti Forumunun bağlanış mərasimi keçirilib

İyunun 24-də Bakıda Qoşulmama Hərəkatı Gənclər Təşkilatının (QHGT) təşkil etdiyi QHGT İqlim Fəaliyyəti Forumunun bağlanış mərasimi olub.

"Respublika" xəbər verir ki, QHGT-nin Baş katibi Nigar Bağırlı tədbir iştirakçılarının beş gün ərzində Bakı və Şamaxı şəhərlərində keçirilən Forumda apardıqları fəal müzakirələrin və innovativ təkliflərin beynəlxalq iqlim prosesində önəmindən danışıb. Qeyd edib ki, müzakirələrin yekununda qəbul edilən sənəd COP29 Sədrliyinə təqdim olunacaq.

Azərbaycan Xarici İşlər Nazirliyinin Beynəlxalq Təhlükəsizlik idarəsinin rəisi, COP29-un baş danışıqçısının müavini Samir Becanov çıxışında gəncləri Forumu uğurla başa çatdırmaları münasibətilə təbrik edib.

S.Becanov COP29 Sədrliyinin gənclərin iqlim danışıqlarında iştirakının dəyərindən bəhs edərək Qoşulmama Hərəkatına üzv ölkələrin gənclərini bu prosesdə fəal iştiraka çağırıb.

Sonra tədbir iştirakçılarına sertifikatlar təqdim olunub.