Bakıda Qurban bayramı namazı qılınıb
Gündəm

Bakıda Qurban bayramı namazı qılınıb

İyunun 16-da paytaxtdakı Təzəpir, “Əjdərbəy” və digər məscidlərdə Qurban bayramı ilə əlaqədar bayram namazı qılınıb.

"Respublika" xəbər verir ki, mərasimdə din xadimləri və paytaxt sakinləri iştirak ediblər.

Bayram namazında Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin ruhuna dualar edilib, xalqımıza əmin-amanlıq və ruzi-bərəkət arzulanıb.

Ölkənin digər məscidlərində, o cümlədən işğaldan azad olunmuş rayonların məscidlərində də bayram namazı qılınır.