DİN: Ötən gün cinayət törətməkdə şübhəli bilinən 42 nəfər saxlanılıb
Sosial həyat

DİN: Ötən gün cinayət törətməkdə şübhəli bilinən 42 nəfər saxlanılıb

İyunun 6-da ölkə ərazisində qeydə alınan 47, əvvəlki dövrlərdən bağlı qalan 7 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.

"Respublika" xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən məlumat verilib. Axtarışda olduğuna görə ümumilikdə 176, o cümlədən borclu şəxs qismində axtarışda olan 143 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Narkotiklərlə əlaqəli 26, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 8 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 42 nəfər saxlanılıb.