DİN Post-Patrul Xidmətində kiçik rəis heyəti vəzifələrinə qəbulla əlaqədar müsabiqə elan edir
CƏMİYYƏT

DİN Post-Patrul Xidmətində kiçik rəis heyəti vəzifələrinə qəbulla əlaqədar müsabiqə elan edir

Daxili İşlər Nazirliyinin Post-Patrul Xidmətində kiçik rəis heyəti vəzifələrinə qəbulla əlaqədar müsabiqə elan edir.

Nazirliyin mətbuat xidmətindən “Respublika”ya verilən məlumata görə, müsabiqədə ali və ya orta təhsilli, yaşı 20-dən 26-dək, boyu 180 santimetr və daha hündür, hərbi xidmət keçmiş, əvvəllər özü və yaxın qohumları məhkum olunmamış, polis orqanlarında xidmətə uyğun kişi cinsli vətəndaşlar iştirak edə bilərlər.

İştirakçıların sağlamlıq vəziyyəti, biliyi, fiziki hazırlığı yoxlanılacaq. Ali təhsilli, kompüter avadanlıqları ilə işləmək qabiliyyətinə malik və xarici dillərdən azı birini sərbəst bilən vətəndaşlara üstünlük veriləcək.

İştirak etmək istəyən şəxslər elektron ərizə formasını şəxsən dolduraraq elektron poçt vasitəsi ilə [email protected] ünvanına DİN-nin Baş Kadrlar İdarəsinə göndərməlidirlər.

Əlavə məlumat almaq üçün əlaqə telefonları: (012) 590-94-12; (012) 590-93-45; (012) 590-92-37; (012) 590-97-52, https://we.tl/t-8tpHRJjWtc.