ORDU

"Ən yaxşı zenit-raket artilleriya batareyası"

Azərbaycan Respublikası Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, 2024-cü il üçün hazırlıq planına əsasən, Hava Hücumundan Müdafiə bölmələrində "Ən yaxşı zenit-raket artilleriya batareyası" adı uğrunda yarış keçirilib.

Yarışın əsas məqsədi şəxsi heyətin bilik və bacarıqlarının artırılması, həmçinin komandir heyətinin artilleriya bölmələrinin idarəedilməsi vərdişlərinin təkmilləşdirilməsidir. Üç mərhələdə keçirilən yarışda hərbi qulluqçuların ixtisas hazırlığı üzrə nəzəri, praktiki bilik və bacarıqları, eləcə də batareyanın döyüş hazırlığı və uçot sənədləri yoxlanılıb. Yarışın sonuncu mərhələsində praktiki olaraq batareyanın döyüş hazırlığı, atəşin idarəolunması və atəş mövqelərinin tutulması üzrə tapşırıqlar icra edilib.Yarışın ümumi nəticələrinə əsasən qaliblər müəyyən olunub.

Bayram SALMANOV,

"Respublika".