Azərbaycan xalqına məxsus bir çox musiqi alətləri, folklor nümunələri, uzun illər vandal ermənilər tərəfindən oğurlanmış, özlərininki kimi təqdim edilmişdi. Erməni yazıçısı Xaçatur Abovyan özünün "Ermənistanın yaraları" adlı romanında qeyd edir ki, Azərbaycan dili bizim dilə o qədər daxil olub ki, bizdə mahnılar, şeirlər, atalar sözləri azərbaycanca səslənir. Ermənistan Elmlər Akademiyasının akademiki Terteryan isə "Abovyanın yaradıcılığı" əsərində yazıb: "...ermənilər söz-söhbətlərində, danışıq zamanında həmişə Azərbaycan atalar sözü və zərb məsəllərinə müraciət etmişlər" ifadəsi ilə Abovyanın fikrini təkzib edir. Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyində toplanan faktlar göstərir ki, folklorumuz erməni plagiatlığına ən çox məruz qalan mədəniyyət nümunələridir.
Məşhur Azərbaycan bəstəkarlarından Üzeyir Hacıbəyli, Qara Qarayev, Fikrət Əmirovun bəzi əsərlərini, eləcə də müasir bəstəkarlarımızın mahnılarını zaman-zaman erməni nümunələri kimi təqdim etməyə cəhd göstəriblər. Üzeyir Hacıbəyovun "Arşın mal alan" operettasını "Ermənistanda doğulmuşlar" adı ilə ifa ediblər. Musiqisi Aygün Səmədzadəyə məxsus, Aygün Bəylər tərəfindən ifa edilən məşhur "Tut ağacı" oğurlanaraq erməni mahnısı kimi təqdim edilmişdi. Ermənilərin uzun illərdir ki, fəxrlə oxuduğu "Yerevan" mahnısı isə 1948-ci ildə yazılıb. Musiqi tamamilə Üzeyir Hacıbəyovun 1913-cü ildə yazdığı "Arşın mal alan" operettasından "Əsgərin mahnısı"nın eynisidir. Mikayıl Müşfiqin "Sənə qurban" şeirinə 1968-ci ildə bəstəkar Ələkbər Tağıyev musiqi bəstələyib və Xalq artisti Zeynəb Xanlarova tərəfindən ifa olunub. Lakin 1985-ci ildə İran ermənilərindən olan müğənni Andranik Madadyan mahnının sözlərini dəyişib və izi itirmək məqsədilə onu "Garun" (Bahar) adı ilə ifa edib. Mahnı Ümumittifaq Müəllif Hüquqları Agentliyinin Azərbaycan Respublikası Şöbəsində (indiki Əqli Mülkiyyət Agentliyi) 1978-ci il iyunun 10-da qeydiyyata alınıb, bütün arxiv sənədləri onun Azərbaycan xalqına məxsusluğunu sübut edir.
Bu günlərdə ermənilərin daha bir oğurluğunun üstü açılıb. Belə ki, onlar Azərbaycanın Əməkdar İncəsənət Xadimi, bəstəkar Cavanşir Quliyevin bəstələdiyi, Xalq artisti Brilyant Dadaşovanın ifa etdiyi "Yarım gilə" mahnısını da oğurlayıblar. Mahnının erməni dilində ifasının videogörüntüləri sosial şəbəkələrdə yayılıb.
Sözləri və musiqisi bəstəkar Bəhram Nəsibova aid olan "Qarabağ" ("Anadır arzulara hər zaman Qarabağ") mahnısı da ermənilər tərəfindən oğurlanıb, mahnının sözləri Gor Yepremyan tərəfindən dəyişdirilib və onun ifasında "Sirun jan" adı altında "YouTube" platformasında yerləşdirilib. Məsələ ilə bağlı Əqli Mülkiyyət Agentliyi tərəfindən iyulun 9-da geniş şərh, iyulun 10-da Mədəniyyət Nazirliyi ilə Agentliyin Birgə Bəyanatı və iyulun 12-də isə birgə məlumatı yayılıb. Nəticədə mahnı bütün platformalardan silinib.
Xislətində oğurluq olan hayların hərəkətlərinə artıq təəccüblənmək belə olmur. Mənfur düşmən özünün olmayanı mənimsəməyə elə öyrəşib ki, haqq-hüquq tanımır. Onların qanlarında olan oğurluq sərhədsizdir, çünki bu millətin özlərinə məxsus mədəniyyəti yoxdur.
Ləman TƏHMƏZ.