İdman

"Gəncə" Azərbaycan millisinin voleybolçusunu transfer edib

Yeni mövsüm üçün hazırlıqlarını davam etdirən "Gəncə" voleybol komandası ilk transferini reallaşdırıb.

Klubdan "Respublika"ya verilən məlumata görə, "sarı-göylər" Azərbaycan millisinin hücumçusu Ülkər Kərimova ilə müqavilə imzalayıb. O, komandanın yeni kapitanı olacaq.

Ülkər Kərimova son olaraq "Abşeron"da çıxış edib.