İranda zəlzələ baş verib
Region

İranda zəlzələ baş verib

İranın Kirman əyalətinin Zərənd şəhərində 4,2 bal gücündə zəlzələ baş verib.

"Respublika" "IRNA"-ya istinadla xəbər verir ki, zəlzələ yerli vaxtla səhər saat 03:40-da qeydə alınıb. Yeraltı təkanların ocağı 6 kilometr dərinlikdə yerləşib.

Zərənd şəhərinin başçısı Rza Hüseyninejad zəlzələ nəticəsində dağıntıların olmadığını bildirib.

Nəzrin ELDARQIZI,

"Respublika".