Kamerun Respublikasının Prezidenti Zati-aliləri cənab Pol Biyaya
Məktublar

Kamerun Respublikasının Prezidenti Zati-aliləri cənab Pol Biyaya

Hörmətli cənab Prezident,

Kamerun Respublikasının milli bayramı münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

Bu bayram günündə Sizə ən xoş arzularımı çatdırır, dost Kamerun xalqına daim əmin-amanlıq və firavanlıq diləyirəm.

Hörmətlə,

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti.

Bakı şəhəri, 17 may 2024-cü il.