Məzahir Pənahov:
Gündəm

Məzahir Pənahov: "Ümumilikdə 90 min 372 müşahidəçi qeydiyyatdan keçib"

“Seçicilər üçün bütün məntəqələrdə lazımi şərait yaradılıb. Seçki prosesinin əsas məqamı şəffaflıqdır. Ona görə 89 min 366 yerli müşahidəçi qeydiyyatdan keçib”.

"Respublika" xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən mətbuat konfransında MSK sədri Məzahir Pənahov deyib.

Sədr qeyd edib ki, ümumilikdə 90 min 372 müşahidəçi qeydiyyatdan keçib və onların 790 nəfəri beynəlxalq müşahidəçidir: "109 beynəlxalq media qurumu iştirak edir. Onların 216 nümayəndəsi var".