Müdafiə Nazirliyi: Mayda 254 hektardan çox ərazi minalardan tam təmizlənib
Digər xəbərlər

Müdafiə Nazirliyi: Mayda 254 hektardan çox ərazi minalardan tam təmizlənib

Azad edilmiş ərazilərdə Azərbaycan Ordusunun Mühəndis Qoşunlarının hissə və bölmələrinin fəaliyyəti nəticəsində bu ilin mayında 254 hektardan çox ərazi minalardan tam təmizlənib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, işğaldan azad edilən ərazilərdə indiyədək mühəndis-istehkam bölmələri 37 min 583 hektar ərazini mina və partlamamış döyüş sursatlarından təmizləyib. Ümumilikdə 10 min 463 piyada əleyhinə, 3 min 318 tank əleyhinə mina və 12 min 814 partlamamış döyüş sursatı aşkarlanaraq məhv edilib.

Əsas səylərin azad olunmuş ərazilərdə yaşayış məntəqələri, əkin sahələri, yollar və infrastruktur obyektlərinə yönəldildiyi mühəndis təminatı üzrə zəruri tədbirlər plana uyğun davam etdirilir.