Naxçıvanda təhsilverənlərin sertifikatlaşdırma prosesinin test imtahanı mərhələsi yekunlaşıb
Elm və təhsil

Naxçıvanda təhsilverənlərin sertifikatlaşdırma prosesinin test imtahanı mərhələsi yekunlaşıb

Naxçıvanda 21, 22, 24 iyun tarixlərində təşkil olunan sertifikatlaşdırma prosesinin test imtahanı mərhələsi yekunlaşıb.

Bu barədə “Respublika”ya Naxçıvan bürosuna Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyindən məlumat verilib.

Qeyd olunub ki, test imtahanlarında 366 müəllim iştirak edib. Prosesdə 97,3 faiz davamiyyət qeydə alınıb.

Sertifikatlaşdırma imtahanında iştirak edən təhsilverənlərdən 91 faizi müəyyən olunmuş bal həddini keçərək uğur qazanıb. Sertifikatlaşdırma prosesinin müsahibə mərhələsi avqust ayında təşkil olunacaq və bu barədə ətraflı məlumat müəllimlərin şəxsi kabinetlərinə göndəriləcək.