Olimpiya kəndində idmançılar yenidən qarət edilib
Dünya xəbərləri

Olimpiya kəndində idmançılar yenidən qarət edilib

Parisdə Oyunların keçirildiyi Olimpiya kəndində idmançılar qarət edilməyə davam edir.

"Respublika" xəbər verir ki, bu barədə “Valeurs”un jurnalisti Amauri Brelet “X” sosial şəbəkəsində məlumat verib. Məlumata görə, Slovakiya millisinin velosipedçilərinə məxsus avadanlıqlar oğurlanıb. Belə ki, on təkər, ehtiyat hissələri və bir neçə sürət dəyişdiricisi oğurlanması ilə dəymiş ziyan 2300 avro təşkil edir.