Ötən gün təhvil və aşkar edilərək götürülən silah-sursatın sayı açıqlanıb
Digər xəbərlər

Ötən gün təhvil və aşkar edilərək götürülən silah-sursatın sayı açıqlanıb

Ötən gün təhvil və aşkar edilərək götürülən silah-sursatın sayı açıqlanıb.

"Respublika" xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Polis əməkdaşları qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı profilaktik tədbirləri davam etdirirlər. İyunun 22-də və 23-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 4 avtomat silahı, 1 tapança, 5 tüfəng, 5 patron darağı və müxtəlif çaplı 41 patron təhvil götürüblər.

Eyni zamanda, keçirilən əməliyyat tədbirləri ilə qanunsuz saxlanılan 12 tüfəng aşkar edilərək götürülüb.